Sumqayıt şəhərində ümumi sahəsi 220 m² olan anbarın içərisində taxta yeşiklərə yığılan şirniyyat məmulatları və dam örtüyünün taxta atmaları 160 m² sahədə yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.