Sumqayıtda avtobus sürücüsünə hücum edən şəxs tutulub - VİDEO

Sumqayıtda avtobus sürücüsünə hücum edən şəxs tutulub - VİDEO
# 04 may 2022 17:02 (UTC +04:00)

Sumqayıt şəhərində 7 nömrəli marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti göstərən avtobusun sürücüsünə hücum edilməsi barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hadisə ilə bağlı, Sumqayıt Şəhər Polis İdarəsində araşdırma başlanılıb.

Sürücünün şikayəti qeydə alınıb və xəsarətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Aftandil Novruzov saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinə təhvil verilib.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR