Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, qəza Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsinə gedən yolda qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən Şabran rayon sakini, 1978-ci il təvəllüdlü Abışova Ülviyyə Aydın qızını avtomobil vurub. Piyada hadisə yerində dünyasını dəyişib.
Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib. Sürücü saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.