Sumqayıtda avtomobil piyadanı vurub

Sumqayıtda avtomobil piyadanı vurub
# 21 sentyabr 2019 14:16 (UTC +04:00)

Sumqayıtda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, yolu keçmək istəyən şəhər sakini, 1979-cu il təvəlllüdlü Şəfaqətova Rəna Mirzəağa qızını avtomobil vurub. Piyada bədən xəsarətləri alaraq, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR