Sumqayıtda avtomobil piyadanı vurub öldürüb

Sumqayıtda avtomobil piyadanı vurub öldürüb
  • Clock-gray 23:52
  • calendar-gray 10 Sentyabr 2019

 

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi  baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, axşam saatlarında avtomobil yolunu keçmək istəyən piyada 1945-ci il təvəllüdlü Quliyeva Adilə Baydulla qızını maşın vurub. 

Qəza nəticəsində ağır  xəsarətlər alan piyada Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, 74  yaşlı qadını xilas etmək mümkün olmayıb və o xəstəxanada ölüb.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktlıa bağlı araşdırma aparılır.
 

Ramil Zeynallı

Digər xəbərlər

Arxiv

date