Sumqayıtda avtomobil qadını vuraraq öldürüb

Sumqayıtda avtomobil qadını vuraraq öldürüb
# 01 fevral 2023 09:00 (UTC +04:00)

Sumqayıtda avtomobil qadını vuraraq öldürüb.

APA xəbər verir ki, 1982-ci il təvəllüdlü Rəsulov Anar Hacıoğlan oğlu idarə etdiyi "Ford Mondeo" markalı avtomobillə idarəetməni itirib səkiyə çıxaraq yolun kənarı ilə hərəkətdə olan piyada 1965-ci il təvəllüdlü Eyvazova Aqibət Ağasəlim qızını vurub.

Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR