Sumqayıtda azyaşlı bacılar ölüb - YENİLƏNİB

Sumqayıtda azyaşlı bacılar ölüb - YENİLƏNİB
# 16 noyabr 2022 14:50 (UTC +04:00)

Sumqayıt Tibb Mərkəzi azyaşlı bacıların ölümü ilə bağlı məlumat yayıb.

Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, eyni ailənin üzvü olan 03.10.2018-ci il təvəllüdlü A.Ə. və 08:15-də 03.07.2016-cı il təvəllüdlü A.A. valideynləri tərəfindən 16.11.2022-ci il saat 05:35-də Sumqayıt Tibb Mərkəzinin Uşaq xəstəxanasına gətirilib.

Baxış zamanı hər iki uşaqda həyati əlamət müşahidə olunmayıb. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Onların nəşləri təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə göndərilib.

Qida Təhlükəsizliyi Agentliyindən APA-nın sorğusuna cavab olaraq isə bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

***

13.41

Sumqayıtda 2 azyaşlı ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, ölənlərin 2018-ci il təvəllüdlü Allahverdiyeva Əsra Şahbaz qızı və bacısı 2016-cı il təvəllüdlü Allahverdiyeva Aynaz Şahbaz qızı olduğu bildirilir.

Onların meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib. Ölümün səbəbləri ekspertizadan sonra məlum olacaq.

İlkin ehtimala görə, uşaqların ölümünə qida zəhərlənməsi səbəb olub. Onların fıstıq və pomidor yedikdən sonra vəziyyətlərinin pisləşdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR