Sumqayıtda bir nəfər dənizdə batıb

Sumqayıtda bir nəfər dənizdə batıb
# 15 iyul 2022 20:00 (UTC +04:00)

Sumqayıtda bir nəfər dənizdə batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR