Sumqayıtda kafedə yanğın olub - VİDEO - YENİLƏNİB

Sumqayıtda kafedə yanğın olub - VİDEO  - YENİLƏNİB
# 22 yanvar 2022 12:08 (UTC +04:00)

Sumqayıt şəhərində, birmərtəbəli kafenin ərazisində ümumi sahəsi 12 m² olan texniki otağın yanar konstruksiyaları, içərisində 2 ədəd kombi aparatı və 1 ədəd generator yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, bitişik kafe yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

saat 09:58

Sumqayıtda çay evində yanğın baş verib.

APA xəbər verir ki, hadisə saat 8:30 radələrində 14 mərtəbəli binanın qarşısında qeydə alınıb.

Əraziyə 3 yanğınsöndürən maşın cəlb edilib.

Yanğın qısa müddətdə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR