Sumqayıtda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb - FOTO - YENİLƏNİB

Sumqayıtda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb - FOTO  - YENİLƏNİB
# 10 iyun 2022 23:18 (UTC +04:00)

Sumqayıtda baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, şəhərin 8-ci mikrorayon, A.Quliyev küçəsi ünvanında çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş vermiş yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

***

Saat 22:14

Sumqayıtda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 8-ci mikrorayon, A.Quliyev küçəsi ünvanında çoxmərtəbəli yaşayış binasındakı mənzildə yanğın olması barədə məlumat daxil olub.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt RM-nin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR