Sumqayıtda evlərdən oğurluq edən keçmiş məhkumlar tutulub

Sumqayıtda evlərdən oğurluq edən keçmiş məhkumlar tutulub
  • Clock-gray 11:44
  • calendar-gray 17 Sentyabr 2019

Sumqayıtda evlərdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də Qurd dərəsi bağlar sahəsindəki evlərin birindən məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - S.Cəfərov və E.Qasımov saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların daha 3 həyətyanı sahədən məişət əşyaları, 1 evdən isə təmir-tikinti alətləri, məişət əşyaları və inşaat materialları oğurlamaları da müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date