Sumqayıtda havaya atəş açan keçmiş məhkum tutulub

Sumqayıtda havaya atəş açan keçmiş məhkum tutulub
# 31 mart 2023 11:38 (UTC +04:00)

Sumqayıt şəhəri ərazisində odlu silahdan havaya atəş açılması barədə polisə məlumat daxil olub.

DİN-dən APA-ya verilən məlumata görə, araşdırmalarla Sumqayıt şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Süleyman Süleymanovun ov tüfəngindən havaya atəş açması müəyyən olunub.

Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Süleymanovun evinə baxış zamanı oradan qanunsuz saxladığı 2 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 2 ədəd patron aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR