Sumqayıtda hərbi sursat aşkar edilib - VİDEO

Sumqayıtda hərbi sursat aşkar edilib - VİDEO
# 05 avqust 2022 10:48 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN)“112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Yaşma bağları ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın RPG-7 tipli əl qumbaraatanının döyüş tətbiqinə yararsız 1 ədəd mərmisi olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR