Sumqayıtda iki gün əvvəl bıçaqlanan kişi ölüb

Sumqayıtda iki gün əvvəl bıçaqlanan kişi ölüb
# 16 iyul 2022 23:28 (UTC +04:00)

Sumqayıtda naməlum şəxs tərəfindən bıçaqlanan 54 yaşlı kişi ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, iyulun 14-də şəhər ərazisində baş verən hadisə zamanı 1968-ci il təvəllüdlü Kamalov Rafiq Qasım oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Xəstəxanaya yerləşdirilən 54 yaşlı şəhər sakini həkimlərin səyinə baxmayaraq, bu gün ölüb.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR