Sumqayıtda iki nəfəri bıçaqlayan şəxs tutulub

Sumqayıtda iki nəfəri bıçaqlayan şəxs tutulub
# 22 iyul 2022 10:31 (UTC +04:00)

Sumqayıtda iki nəfəri bıçaqlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə iyulun 20-də Abşeron rayon sakinləri O.Cəbrayılova və K.Mirzəyevə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla münaqişə zəminində onlara bıçaqla xəsarət yetirən şəxsin “Ford” markalı avtomobillə hadisə yerini tərk etməsi məlum olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Rəcəbov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR