Sumqayıtda iki yol qəzası baş verib

Sumqayıtda iki yol qəzası baş verib
  • Clock-gray 10:06
  • calendar-gray 21 Oktyabr 2019

Sumqayıtda 2 nəfərin xəsarət alması ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəzalardan biri Sumqayıtın əsas giriş hissəsində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Yunusov Rasim Fazil oğlunu "Hyunday" markalı avtomobil vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.

Digər qəza isə şəhərin İsmət Qayıbov küçəsində baş verib. Yolu keçmək istəyən 60 yaşlı piyada Ədalət Quliyevi maşın vurub. Ə.Quliyev xəstəxanaya aparılıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Ramil Zeynallı

Digər xəbərlər

Arxiv

date