Sumqayıtda istirahət mərkəzində xəsarət alanların vəziyyəti açıqlanıb

Sumqayıtda istirahət mərkəzində xəsarət alanların vəziyyəti açıqlanıb
# 31 avqust 2022 11:45 (UTC +04:00)

Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda istirahət mərkəzinin qazanxanasında baş verən partlayış nəticəsində yaralanan 3 nəfər dünən saat 22:20 radələrində Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə yerləşdirilib.

Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.

Bildirib ki, xəsarət alan qadınlardan birinin bədən səthinin 45 %-i, digərinin bədən səthinin 35-40 %-i, kişinin bədən səthinin isə 60 %-i yanıb.

Onların reanimasiya şöbəsində müalicələrinə davam edilir.

Hazırda iki qadının vəziyyəti stabil, kişinin vəziyyəti isə ağır stabil olaraq qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR