Sumqayıtda keçmiş polis əməkdaşı intihar edib - FOTO - VİDEO

Sumqayıtda keçmiş polis əməkdaşı intihar edib - FOTO  - VİDEO
# 06 iyul 2022 20:43 (UTC +04:00)

Sumqayıtda keçmiş polis əməkdaşı intihar edib.

APA xəbər verir ki, hadisə bu gün axşam saatlarında Sumqayıt şəhərindəki Şəhidlər xiyabanı ərazisində baş verib.

Sumqayıt şəhər Baş Polis İdarəsinin 2-ci polis bölməsinin sabiq əməkdaşı, polis serjantı, 1996-cı il təvəllüdlü Fuad Ağayev xiyaban ərazisindəki ağacdan özünü asıb.

Ərazidəki sakinlər onun asılmış meyitini aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat verib.

Faktla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, intihar edən şəxs hazırda polis əməkdaşı deyil.

"Həmin şəxs bir müddət əvvəl səhhətində yaranmış problemlə əlaqədar öz xahişi ilə polis orqanlarından xaric edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR