Sumqayıtda mənzildən 15 min dollar oğurlanıb

Sumqayıtda mənzildən 15 min dollar oğurlanıb
# 03 fevral 2023 11:07 (UTC +04:00)

Sumqayıtda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, şəhərindəki mənzillərin birindən 15.000 ABŞ dolları və qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlinin ev sahibinin oğlunun törətməsinə əsaslı şübhələr müəyyən olunub və o, saxlanılıb.
Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR