Sumqayıtda mənzildən 8 min dollar oğurlanıb

Sumqayıtda mənzildən 8 min dollar oğurlanıb
# 19 sentyabr 2022 10:22 (UTC +04:00)

Sumqayıtda mənzildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə şəhər ərazisindəki mənzillərin birindən 8000 ABŞ dolları, 650 avro, gümüş aksessuarlar, spirtli içkilər və seyfdən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Elçin Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR