Sumqayıtda mənzildən meyit tapılıb

Sumqayıtda mənzildən meyit tapılıb
# 23 oktyabr 2019 16:22 (UTC +04:00)

Sumqayıtda mənzildən meyit tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb. Belə ki, 1975-ci il təvəllüdlü Feyziyev Murad Həqiqət oğlunun meyiti yaşadığı mənzildə aşkarlanıb. Onun yüksək dozalı narkotik qəbulundan öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR