Sumqayıtda nəvə nənəsini ayaqqabı ipi ilə boğaraq öldürüb - FOTO - VİDEO

Sumqayıtda nəvə nənəsini ayaqqabı ipi ilə boğaraq öldürüb  - FOTO  - VİDEO
# 25 iyun 2022 23:07 (UTC +04:00)

İyunun 25-i saat 03 radələrində Sumqayıt şəhəri ərazisində 1938-ci il təvəllüdlü Qənirə Mehdixanlının yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, ilkin araşdırmalarla zərərçəkmişin nəvəsi 1995-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qənirə Mehdixanlını iplə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nicat Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

APA-nın əldə etdiyi məlumata görə, Nicat Əliyev nənəsini ayaqqabı ipi ilə boğaraq öldürüb.

Pedaqoq və şairə Qənirə Mehdixanlı 30 ildir Azərbaycan Aşıqlar Birliyinin Sumqayıt bölməsinin rəhbəri kimi çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR