Sumqayıtda qadın 5 yaşlı qızın sırğasını oğurlayıb

Sumqayıtda qadın 5 yaşlı qızın sırğasını oğurlayıb
# 07 oktyabr 2022 10:17 (UTC +04:00)

Sumqayıtda 5 yaşlı qızın qızıl sırğası oğurlanıb.

DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 5-də 6-cı mikrorayon ərazisində 5 yaşlı qızın qızıl sırğasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Mətanət Səlimzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR