Sumqayıtda qadın kişini qətlə yetirib - YENİLƏNİB

Sumqayıtda qadın kişini qətlə yetirib - YENİLƏNİB
# 30 noyabr 2022 11:17 (UTC +04:00)

Sumqayıtda qətl törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, polis əməkdaşları tərəfindən Aydın Həsənovun Sumqayıt şəhər sakini, spirtli içki aludəçisi 1975-ci il təvəllüdlü Anastasiya Həmzəyeva tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

O, saxlanılaraq istintaqa təhvil verilib.

***

11.02

Noyabrın 30-da saat 10 radələrində Sumqayıt şəhəri Bağlar sahəsində 1976-cı il təvəllüdlü Aydın Həsənovun bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR