Sumqayıtda sevgilisini öldürən şəxsin məhkəməsi başlayır

Sumqayıtda sevgilisini öldürən şəxsin məhkəməsi başlayır
# 23 oktyabr 2019 10:01 (UTC +04:00)

Sumqayıtda qeyri-rəsmi rəsmi yaşadığı qadını öldürməkdə təqsirləndirilən Seymur Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il mayın 3-də Sumqayıt Nərimanov küçəsi, Mərkəzi bazar ərazisindəki eynək satılan dükanların birində baş verib. Abdullayev Seymur Zərablı oğlu şəxsi münasibətlər zəminində qeyri-rəsmi yaşadığı Əmənova Gülnar Şaməddin qızına bıçaqla çoxsaylı xəsarətlər yetirib. Xəstəxanaya aparılan qadın 11 gün sonra ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR