Sumqayıtda sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Sumqayıtda sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB
# 17 may 2022 09:54 (UTC +04:00)

Sumqayıtda sexdə baş verən yanğın söndürülüb.
APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin məlumata əsasən, yanğın nəticəsində tikilinin dam örtüyü təqribən 670 kv.m sahədə yanıb.

***

09:37

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində sexdə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR