Sumqayıtda sexdən 20 min manatlıq naqil oğurlanıb

Sumqayıtda sexdən 20 min manatlıq naqil oğurlanıb
# 12 sentyabr 2022 10:30 (UTC +04:00)

Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə şəhər ərazisində yerləşən firmaların birinin istehsal sexindən 20 min manat dəyərində mis naqillərin oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Dilavər Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR