Sumqayıtda təcili yardım maşını qəzaya uğrayıb, 3 nəfər xəsarət alıb - FOTO

Sumqayıtda qəzaya uğrayan təcili tibbi yardım maşını

© APA | Sumqayıtda qəzaya uğrayan təcili tibbi yardım maşını

# 14 avqust 2022 13:18 (UTC +04:00)

Sumqayıtda təcili tibbi yardım maşını qəzaya uğrayıb.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin Bakı və Ağa Quliyev küçələrinin kəsişməsində təcili tibbi yardım avtomobili “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində təcili tibbi yardım maşınında olan 3 nəfər yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR