Sumqayıtda yanacaq doldurma məntəqəsində yanğın olub, mağaza və avtomobil yanıb - FOTO - YENİLƏNİB

Sumqayıtda yanacaq doldurma məntəqəsində yanğın olub, mağaza və avtomobil yanıb - FOTO - YENİLƏNİB
# 02 noyabr 2019 23:58 (UTC +04:00)

Sumqayıtda yanacaq doldurma məntəqəsində baş vermiş yanğın söndürülüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə YDM ərazisindəki avtomobil ehtiyat hissələri mağazasında baş verib.

Yanğın nəticəsində 50 kv/m sahədə bütün yanar konstruksiyalar və yaxınlıqda olan "Mercedes" markalı avtomobil qismən yanıb.

Yanğının qarşısı FHN-in yanğınsöndürənləri tərəfindən alınıb və yanacaq çənlərinə keçməsinə imkan verilməyib.

***

Saat 23:31

Sumqayıt şəhərində yanacaq doldurma məntəqəsində (YDM) yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə 17-ci mikrorayon İsmət Qayıbov küçəsində qeydə alınıb.

Hadisə yerinə FHN-in 5 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR