Sumqayıtda yanmış evin qalıqları altından meyit aşkarlanıb

Sumqayıtda yanmış evin qalıqları altından meyit aşkarlanıb
# 24 yanvar 2022 08:42 (UTC +04:00)

Sumqayıt şəhərində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü 80 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR