Sumqayıtda yataqxanada yanğın olub - FOTO

Sumqayıtda yataqxanada yanğın olub - FOTO
# 28 noyabr 2022 19:46 (UTC +04:00)

Sumqayıtda yanğın olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 18-ci məhəlləsində yerləşən 1 saylı yataqxanada qeydə alınıb.

Belə ki, yataqxananın 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik sayğacları yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisəyə elektrik xətlərində qısaqapanmanın səbəb olduğu bildirilir.

Qeyd edək ki, binanın elektrik enerjisi kəsilib və bərpa olunması istiqamətində müvafiq qurumlar tərəfindən təmir-bərpa işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR