Sumqayıtda yataqxanada yanğın olub, 81 yaşlı qadın tüstüdən zəhərlənib - FOTO

Sumqayıtda yataqxanada yanğın olub, 81 yaşlı qadın tüstüdən zəhərlənib - FOTO
# 18 noyabr 2022 17:24 (UTC +04:00)

Sumqayıtda yataqxanada yanğın olub.

APA-nın yerli bürosunun məlumatına görə, yanğın şəhərin 29-cu məhəlləsində yerləşən 4 saylı yataqxanada qeydə alınıb. Belə ki, yataqxananın birinci mərtəbəsinin dəhlizində olan dolab alışıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində dolabda olan əşyalar yanıb.

Tüstünün təsirindən zəhərlənən 81 yaşlı qadına təcili tibbi yardım briqadası tərəfindən yardım göstərilib.

Yanğının elektrik xətlərində yaranan qısaqapanmadan baş verdiyi ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR