Sumqayıtda yataqxanada yanğın olub - FOTO

Sumqayıtda yanğın baş verən yataqxana

© APA | Sumqayıtda yanğın baş verən yataqxana

# 20 noyabr 2022 15:29 (UTC +04:00)

Sumqayıtda yataqxanada yanğın olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 18-ci məhəlləsində 1 saylı yataqxanada olub.

Belə ki, yataqxananın birinci mərtəbəsində Sima Muxtarovaya məxsus 1 otaqlı mənzildə yanğın olub. Hadisə zamanı mənzilin dəhlizinin yanar konstruksiyaları və geyim əşyaları yanıb. Mənzil sahibi xilas edilib, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğının baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR