Sumqayıtda yol qəzasında bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb

Sumqayıtda yol qəzasında bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb
# 09 yanvar 2023 22:26 (UTC +04:00)

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə şəhərin, Hacı Zeynalabdin qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

"Məlumatla əlaqədar FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "VAZ" markalı minik avtomobili yol kənarında dirəyə çırpılıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb". - deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR