Sumqayıtda yük maşını 28 yaşlı kişini vuraraq öldürüb

Sumqayıtda yük maşını 28 yaşlı kişini vuraraq öldürüb
# 26 iyul 2022 18:35 (UTC +04:00)

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Bakı-Quba magistralının Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən piyada 1994-cü il təvəllüdlü Süleymanov Rəşad İlqar oğlunu “Ford” markalı yük avtomobili vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Ölən şəxsin Sumqayıt Dövlət Yol Polisi Şöbəsinin sabiq əməkdaşı İlqar Süleymanovun oğlu olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR