Sumqayıtdakı qətllə bağlı cinayət işi başlanılıb

Sumqayıtdakı qətllə bağlı cinayət işi başlanılıb
# 11 iyul 2022 11:11 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Sumqayıtda baş verən qətllə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə iyulun 10-da saat 14 radələrində şəhər sakini İsrayıl Culiyevin ölməsi barədə məlumat daxil olub.

Şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Sumqayıt sakini, əvvəllər məhkum olunmuş E.Pirqurbanın münaqişə zəminində İ.Culiyevi bıçaqla öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Pirqurban şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR