Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz birləşmələrdə döyüşməkdə təqsirləndirilən Mehman Qarayev və Rövşən Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Təqsirləndirilənlər özlərini ittiham üzrə təqsirli bilməyiblər.
Məhkəmə iyulun 1-də davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2013-cü ildə Suriyaya gedərək qanunsuz silahlı birləşmələrdə vuruşublar. Onlara Cinayət Məcəlləsinin 218.2 (cinayətkar birlikdə (təşkilatda), mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin birliyində iştirak etmə) və 279-cu (Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmələr yaratma, onların tərkibində iştirak) maddələri ilə ittiham irəli sürülüb.