Sürücünü hədələyərək pul tələb edən sərnişin tutulub

Sürücünü hədələyərək pul tələb edən sərnişin tutulub
# 23 aprel 2022 10:24 (UTC +04:00)

Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinə aprelin 21-də 18-ci məhəllədə şəhər sakini A.Kərimovun idarə etdiyi “Tofaş” markalı avtomobilə sərnişin qismində əyləşmiş 2 nəfərin onu hədələyərək 15 manat pulunu və poverbankını almaları, həmçinin 150 manat pul tələb etmələri barədə müraciət daxil oub.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakini Ümid Fərziyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR