Tanışını narkotik satdığı üçün öldürən şəxsə ağır cəza verilib

Tanışını narkotik satdığı üçün öldürən şəxsə ağır cəza verilib
# 20 aprel 2022 11:08 (UTC +04:00)

Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirlən Elçin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi baş çatıb.

APA xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Elçin Əliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2020-ci il noyabrın 8-də Samux-Gəncə avtomobil yolunun kənarında Gəncə şəhər sakini Ayxan Məmmədovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq Gəncə şəhər Prokurorluğunda istintaq aparılıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı Elçin Əliyev bir gün öncə aralarında olan mübahisə ilə əlaqədar Ayxan Məmmədov ilə görüşərək heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə bıçaqla xəsarətlər yetirərək sonuncunu qəsdən öldürüb.

Elçin Əliyev isə ifadəsində uşaqlıqdan tanıdığı Ayxan Məmmədovu narkotik satdığı üçün irad bildirdiyini və nəticədə aralarında mübahisə düşdüyü üçün öldürdüyünü deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR