Tbilisi prospektində yol hərəkətinin təşkili dəyişdirilib - FOTO

Tbilisi prospektində yol hərəkətinin təşkili dəyişdirilib - FOTO
# 07 sentyabr 2022 10:27 (UTC +04:00)

Tbilisi prospekti ilə Azər Əliyev küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, yolun buraxıcılıq qabiliyyətinin və piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə svetoforun daimi sağa dönməyə icazə verən əlavə bölməsi ləğv edilib və ən sağ zolaqda yol nişanlanmasına dəyişiklik edilərək düzünə və sağa hərəkətə icazə verilib: "Sürücülərdən dəyişikliyi nəzərə almalarını və dəyişikliyə uyğun olaraq yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR