TƏBİB: Bakı-Ələt-Qazax magistralındakı qəzada yaralanan şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB

TƏBİB: Bakı-Ələt-Qazax magistralındakı qəzada yaralanan şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB
# 07 avqust 2022 12:50 (UTC +04:00)

Bakı-Ələt-Qazax magistralındakı qəzada yaralanan şəxsin vəziyyəti ağırdır

Bu barədə APA-nin sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, hadisə yerindən Kliniki Tibbi Mərkəzə 34 yaşında bir nəfər yaralı gətirilib. Ağır kəllə beyin travması ilə xəstəxanaya yerləşdirilən həmin şəxs hazırda Mərkəzin reanimasiya şöbəsindədir:

"Vəziyyəti olduqca ağır qiymətləndirilir və cərrahi əməliyyat planlaşdırılır".

***

10:34

Bu gün saat 08:20-də Bakı-Ələt-Qazax magistralında (yanacaqdoldurma məntəqəsinin yaxınlığında) 164 nömrəli marşrut üzrə (99-XZ-173 DQN-li) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi olub.

APA-ya bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilir.

Məlumata görə, daşıyıcı “BMH” MMC-dən verilən məlumata görə qəza minik maşınının yanacaqdoldurma məntəqəsindən əsas yola çıxan zaman avtobusu gözləməməsi səbəbindən baş verib. Hadisə zamanı avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR