TƏBİB: Partlayışda xəsarət alanlardan bir nəfər evə buraxılıb

TƏBİB: Partlayışda xəsarət alanlardan bir nəfər evə buraxılıb
# 03 avqust 2022 23:24 (UTC +04:00)

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən binada partlayış baş verməsi səbəbilə TƏBİB-in tabeliyində olan Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, 1986-cı il təvəllüdlü və 1981-ci il təvəllüdlü iki nəfər baş, boyun, hər iki yuxarı və aşağı ətrafların ikinci və üçüncü dərəcəli termiki yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib. Hazırda vəziyyətləri ağır stabildir.

Hadisə nəticəsində yaralanan digər 2 nəfərdən 1-i barotravma diaqnozu ilə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

1991-ci il təvəllüdlü bir nəfər isə natamam yanıq məhsullarıyla zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Xəsarət alanların hər biri kişidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR