TƏBİB qeysəriyyə əməliyyatından sonra ananın ölümü ilə bağlı açıqlama yayıb - YENİLƏNİB

TƏBİB qeysəriyyə əməliyyatından sonra ananın ölümü ilə bağlı açıqlama yayıb  - YENİLƏNİB
# 16 avqust 2022 13:06 (UTC +04:00)

Astara rayon, Rudəkənar kənd sakini 04.12.1996-cı il təvəllüdlü Əhədli Elmira Elşən qızı 15.08.2022 tarixdə saat 15:55-də 36-37 həftəlik hamiləlik diaqnozu ilə xəstəxanaya ağrılarla daxil olub.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, aparılmış müayinələrdən sonra 15.08.2022-ci il saat 19:40-da spinal anesteziya ilə qeysəriyyə əməliyyatı icra olunub. Daha sonra zahı qadın intensiv palataya köçürülüb. Saat 22:20 radələrində xəstənin vəziyyətində saturasiya itirilməsi ilə müşahidə olunan ağırlaşmalar olub və ana vəfat edib. Mərhumun nəşi aidiyyəti üzrə Lənkəran Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı araşdırılma aparılır.

Qeyd edək ki, hazırda müalicəsinə davam edilən körpənin vəziyyəti orta ağır qiymətləndirilir.

***

04:45

Lənkəran Regional Perinatal Mərkəzində ana doğuş zamanı ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Astara rayon Rüdəkənar kənd sakini 1996-cı il təvəllüdlü Elmirə Əhədli 3-cü uşağı dünyaya gətirmək üçün regional mərkəzə aparılıb.

Xəstə müayinə olunduqdan sonra, 3-cü qeysəriyyə əməliyyatına aparılıb.

Əməliyyatdan sonra ana və körpənin vəziyyətləri normal olub.

Təqribən bir saatdan sonra hər ikisinin vəziyyəti pisləşib.

Həkimlər körpənin həyatını xilas etsələr də ana xəstəxanada vəfat edib.

Yeni doğulan körpənin vəziyyəti hazırda ağır qiymətləndirilir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Yetər Kərimli

Rövşən Almazoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR