TƏBİB yanıq xəsarətləri alan Türkiyə vətəndaşının vəziyyətini açıqlayıb - YENİLƏNİB

TƏBİB yanıq xəsarətləri alan Türkiyə vətəndaşının vəziyyətini açıqlayıb  - YENİLƏNİB
# 06 oktyabr 2022 11:47 (UTC +04:00)

TƏBİB yanıq xəsarətləri alan Türkiyə vətəndaşının vəziyyətini açıqlayıb.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 1964-cü il təvəllüdlü Türkiyə vətəndaşı əl və üzündə olan yanıq xəsarətlərilə 06.10.2022-ci il saat 00:35 radələrində TƏBİB-in tabeliyindəki Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib.

İkinci dərəcəli yanıq diaqnozu qoyulan pasiyentin hazırda müalicəsinə davam edilir. Vəziyyəti orta ağırdır.

***

08:09

Qazaxda Türkiyə vətəndaşı yanıb.

APA-nın yerli bürosunun məlunatına görə, hadisə rayonun “Qırmızı Körpü” adlan ərazisində qeydə alınıb.

1964-cü il təvəllüdlü Yaşar Gənc bədənin müxtəlif hissələrinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, Y.Gənc benzini alışqanla yandıran zaman ehtiyatsız davranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR