Təbii və texnogen mənşəli hadisələrdə həlak olanların sayı açıqlanıb

Fövqəladə Hallar Nazirliyi

© APA | Fövqəladə Hallar Nazirliyi

# 26 yanvar 2022 17:53 (UTC +04:00)

Ötən il respublika ərazisində 15247 təbii və texnogen mənşəli hadisə baş verib.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) illik hesabatında qeyd olunub.

Bildirilib ki, bu, 2020-ci il ilə müqayisədə 467 hadisə və ya 3% çoxdur.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 55 nəfər həlak olub, 206 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 51 nəfər xilas edilib, 821 nəfər təxliyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR