"Tərtər işi" üzrə həbs edilmiş daha 8 nəfərin hökmü ləğv olunub - YENİLƏNİB

"Tərtər işi" üzrə həbs edilmiş daha 8 nəfərin hökmü ləğv olunub - YENİLƏNİB
# 02 noyabr 2022 18:12 (UTC +04:00)

"Tərtər işi" üzrə məhkum edilmiş və işi ayrıca icraata verilmiş Emil Əliyevin apellyasiya şikayəti üzrə məhkəmə baxışı keçirilib.

APA xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan olunub.

Vəkil Rəsul Cəfərov APA-ya bildirib ki, qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü ləğv edilib. İş yenidən araşdırılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilib.

Həmçinin Emil Əliyev təqsirləndirilən şəxs statusuna qaytarılıb.

***

18.02

"Tərtər işi" üzrə həbs edilmiş daha 7 nəfərin apellyasiya şikayəti üzrə məhkəmə baxışı keçirilib.

APA xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Vəkil Rəsul Cəfərovun APA-ya verdiyi məlumata görə, qərara əsasən, Tərtər Hərbi Məhkəməsinin hökmü ləğv edilib. İş yenidən araşdırılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilib.

7 nəfərin üzərindən məhkumluq götürülüb və təqsirləndirilən şəxs statusu verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR