Tərtər sakini itkin düşüb

Tərtər sakini itkin düşüb
# 25 yanvar 2022 12:27 (UTC +04:00)

Tərtər rayon sakini itkin düşüb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini Əlizamin Tağızadə yanvar ayının 9-da evdən çıxaraq bir daha geri qayıtmayıb. Onun itkin düşməsi ilə bağlı yanvar ayının 22-də Rayon Polis Şöbəsinə müraciət olunub.

Ə.Tağızadənin əlamətləri belədir: qısaboylu, gözlərinin rəngi şabalıdı, fiziki və nitqi qüsurludur. Əynində qara şalvar, ağ köynək, qara qış gödəkçəsi, qara ayaqqabı olub. Məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Tərtər Rayon Polis Şöbəsinin 022-23-6-30-34 və 055-722-22-42 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR