Tərtər sakinlərindən iki silah götürülüb

Tərtər sakinlərindən iki silah götürülüb
# 17 sentyabr 2019 11:39 (UTC +04:00)

Tərtər sakinlərindən silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qapanlı kənd sakinləri - E.Məmmədovun və R.Hümbətovun yaşadıqları evlərə baxış zamanı hər birindən 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR