Tərtər sakini yol qəzasında ölüb

Tərtər sakini yol qəzasında ölüb
# 17 avqust 2019 12:46 (UTC +04:00)

Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 16-da saat 23 radələrində rayonun Sarov kəndi ərazisində Bəyimsarov kənd sakini M.Orucov idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən həmkəndlisi Raul Hümbətlini vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR