Tərtərdə azyaşlını öldürən şəxs cinayət məsuliyyətindən azad edilib - VİDEO

Tərtərdə azyaşlını öldürən şəxs cinayət məsuliyyətindən azad edilib - VİDEO
# 17 may 2022 09:52 (UTC +04:00)

Tərtərdə azyaşlını qətlə yetirməkdə təqsirləndirilən Elmir Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Elmin Hüseynov hadisəni anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilib və haqqında ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin olunub.

Qeyd edək ki, 2 iyul 2020-ci il tarixdə Tərtər rayon sakini Lamiyə Əliyevanın öldürülməsinə cəhd edilməsi, azyaşlı oğlu Ömər Ağazadənin öldürülməsi faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla müəyyən edilib ki, rayon sakini Elmir Hüseynov heç bir səbəb olmadan, xuliqanlıq niyyəti ilə əvvəlcədən tanımadığı Lamiyə Əliyevaya küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib, sonra isə onun gözləri qarşısında azyaşlı oğlu Ömər Ağazadəyə xəsarətlər yetirərək qəsdən öldürüb.

Elmir Hüseynov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və digər maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR